Xovayev Bakıdadır, sülh sazişini müzakirə edir – Zaxarova

Xovayev Bakıdadır, sülh sazişini müzakirə edir – Zaxarova

Rusiya XİN-in Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıdadır.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, noyabrın 14-də Xovayev İrəvanda olub və orada Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb:

“İndi o, Azərbaycan tərəfi ilə görüşmək üçün Bakıdadır. Bu təmaslar zamanı sülh müqaviləsi məsələləri də müzakirə olunur”.

Sülh müqaviləsi ilə bağlı İrəvan və Bakıda verilən bəyanatlara gəlincə, Zaxarova bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması digər məsələlər kimi çox çətin və həssas xarakter daşıyır:

“Biz konkret razılıq əldə etməmişdən əvvəl tərəflərin mövqelərini şərh etməyi məqsədəuyğun hesab etmirik”.

Teqlər: