Xoşqədəmin verilişinə çıxan 25 yaşlı qız niyə öldürüldü?

Xoşqədəmin verilişinə çıxan 25 yaşlı qız niyə öldürüldü?

Şəki Ağır Cinayətlər Məhkəməsində ötən ilin 14 aprel tarixində Mingəçevir şəhərində həyat yoldaşı, 1997-ci il təvəllüdlü Ş.Ələkbərovanı 21 bıçaq zərbəsi ilə qətlə yetirən 1994-cü il təvəllüdlü Yasin Məhərrəmovun məhkəməsi keçirilib.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində Y.Məhərrəmov Cinayət Məcəlləsinin 1202.4-cü (xüsusi amansızlıqla adam öldürmə” maddəsi ilə ittiham olunub. Bildirilib ki, Yasin boşanmaq ərəfəsində olduğu arvadını 21 bıçaq zərbəsi ilə qətlə yetirib.

Bakıdakı məşhur istirahət mərkəzlərindən birində mühafizəçi işləyən Yasin hadisədən bir gün əvvəl Gəncədə yaşayan arvadına zəng edərək övladını ona qaytaracağını deyib. Lakin Yasin Ş.Ələkbərovanı öldürməyi planlaşdırıb. Belə ki, o, arvadının çoxsaylı şəxslərlə görüşüb intim münasibətdə olduğunu öyrənib və onu aldadaraq Mingəçevirə gətirib, orada parkda amansızlıqla öldürüb.

Araşdırmalar zamanı məlum olub ki, Yasinə arvadının başqa şəxslərlə görüşməsi, pul müqabilində cinsi əlaqədə olması barədə ilk məlumatı azyaşlı qızı verib. Belə ki, cütlüyün 2017-ci il təvəllüdlü qızı Dənizin (şərti adlı) üzərində qızartı olub. Yasin uşaqdan nə olduğunu soruşanda azyaşlı onu anasının vurduğunu, qorxutduğunu deyib. Məlum olub ki, uşaq anasının evdə və başqa yerlərdə digər şəxslərlə görüşməsini gördüyü üçün qadın onu döyərək hədələyib.

O da məlum olub ki, Ş.Ələkbərova 2015-ci ildə universitet təhsilini yarımçıq qoyaraq Yasinə qoşularaq qaçıb. Lakin bir müddət sonra başqa şəxslərlə ünsiyyət saxlamağa başlayıb. Yasin ilk olaraq 2021-ci ildə arvadının telefonla başqa şəxslə yazışmasını görüb və ona xəbərdarlıq edib.

Məhkəmədə ifadə verən Y.Məhərrəmov boşanmaq üzrə olduğu 25 yaşlı arvadının körpə qızının tərbiyəsinə pis təsir edəcəyini bildiyi üçün onu öldürmək qərarına gəldiyini deyib.

Ş.Ələkbərovanın gizli sevgi münasibətində olduğu H.Səmədov (şərti) isə onunla 2015-ci ildə münasibətinin olduğunu, ona iş tapmaqda köməklik etdiyini, lakin sonradan Ş.Ələkbərovanın başqa şəxslərlə də görüşməsini öyrəndiyini deyib:

“Mən Ş.Ələkbərovanı 2015-ci ildən tanımışam. İlk tanışlığımız iş yoldaşı kimi yaranıb. Gəncədə restoranda anbardar işləyərkən Ş.Ələkbərova həmin restoranda yaradılmış gümüş dəzgahında satıcı işləyirdi. Əvvəllər tanışlığımız sadəcə iş yoldaşı münasibəti olub, ancaq sonra ona sevgi münasibəti təklif etdim, lakin qəbul etmədi. Həmin hadisədən bir neçə ay sonra Ş.Ələkbərova işdən çıxdı. Onunla yenidən ünsiyyət qurmağa çalışsam da, mobil telefonu söndürdüyünə görə əlaqə saxlaya bilmədim. Bu səbəbdən Ş.Ələkbərovanın Gəncədə yaşadığı ünvana getdim və harada olması ilə maraqlanmağa başladım. Həmin vaxt xalam oğlu mənə onun bir nəfərlə qaçdığını və ailə həyatı qurduğunu dedi. Bu xəbəri eşitdikdən sonra onu axtarmaqdan imtina etdim. 2017-ci ildə Feysbuk sosial şəbəkəsində mənə mesaj gəldi: Ş.Ələkbərova mənə yazıb ailə həyatı qurduğu, lakin əri ilə münasibətlərinin yaxşı getmədiyinibildirdi. Həmin vaxt ona istəmirsə ayrıla bilcəyini bildirdim. Bundan sonr o mənə SMS yazıb qızı ilə birlikdə qadın sığınacağına sığındığını və ərindən boşanacağını bildirdi”.

Şahid qismində ifadə verən H.Səmədov əlavə edib ki, Ş.Ələkbərova Bakıdan Gəncəyə qayıtdıqda sonra ona iş tapıb və aralarında daimi münasibət yaranıb, tez-tez gizli şəkildə görüşüblər:

“Mən ona və qızına baxacağımı söz vermişdim və heç kəslə intim münasibətində olmamasını demişdim. Lakin Gəncə şəhərində adlarını xatırlamadığım şəxslərin Ş.Ələkbərova haqqında rüsvayedici söhbətlər danışdıqlarını eşidirdim. Həmin söhbətlərdən sonra onun yüngül həyat tərzi keçirdiyini başa düşüb, münasibətə son qoydum. 2021-ci lin oktyabr ayında tanımadığım mobil telefondan daxil olmuş zəngə cavab verəndə Ş.Ələkbərovanın əri Yasin məndən onunla münasibətimi soruşdu. Ona Ş.Ələkbərova ilə aramda heç nə olmadığını dedim. Yasin isə mənə dedi ki, Ş.Ələkbərova ilə boşanacaq və qızının onda qalması üçün kömək etsin. Onun səmimiyyətinə inanıb Ş.Ələkbərova ilə aramda olan hər şeyi ona danışdım. Bundan sonra Ş.Ələkbərovanın bacısı və digər bir qız mənə zəng edib niyə Ş.Ələkbərova ilə aramda olanları onun ərinə danışmağımı deyərək məni ittiham etdilər. Onlar bildirdilər ki, mənim hər şeyi Yasinə danışmağım Ş.Ələkbərovanı pis duruma salıb”.

Məhkəmədə Ş.Ələkbərovanın telefonu ilə bağlı ekspertiza rəyləri də elan edilib. Onun Gəncə şəhərində bir neçə şəxslə avtomobildə və digər yerlərdə görüşərək intim münasibətdə olması məlum olub.

Digər məlumatda bildirilib ki, boşanma prosesində olarkən və ailədaxili problemlər şiddətlənincə Ş.Ələkbərova Xoşqədəm Hidayətqızının verilişinə çıxaraq kömək istəyib. Bundan sonra o, Mehriban Zeynalovanın rəhbəri olduğu təşkilatın sığınacağına qızı ilə birgə yerləşdirilib və xeyli vaxt orada qalıb.

Məhkəmədə arvadını qətlə yetirən Y.Məhərrəmov ona ədalətli cəza verilməsini xahiş edib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasin Məhərrəmov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Teqlər: