Xoşqədəm seçkilərə müdaxilədə ittiham olundu – Gürcüstandan etiraz

Xoşqədəm seçkilərə müdaxilədə ittiham olundu – Gürcüstandan etiraz

Gürcüstanın Vahid Milli Hərəkat partiyasının üzvü Nərgiz Əliyeva azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızını ölkədə keçirilən seçkilərə müdaxilədə ittiham edib.

AzerTimes xəbər verir ki, partiya üzvü bunu özünün Feysbuk səhifəsində yazıb.

“Xoşqədəm Hidayətqızı açıq şəkildə təbliğat aparıb, başqa ölkədə keçirilən seçkilərdə konkret partiyanı dəstəkləməyə çağırıb”, – o bildirib.

O, bunun həm beynəlxalq hüququn, həm də Azərbaycanda media qaydalarının pozulması olduğunu vurğulayıb. Qeyd edib ki, bununla bağlı ARB-yə rəsmi məktub göndəriləcək.

Məlumata görə, Hidayətqızı həmçinin Gürcüstanda yaşayan Azərbaycan icmasını Ukraynanı xatırlamağa çağırıb və deyib ki, Gürcüstanda hakim partiyanın dövründə hər şey sabit, dinc və Ukraynadan fərqlidir.

Əliyeva paylaşımında Hidayətqızının bu məlumatı haradan aldığını, xüsusən də Gürcüstan ərazisində mümkün hərbi münaqişələrlə bağlı açıqlamalarını sorğulayıb.

O, həmçinin Gürcüstan və Azərbaycanın müvafiq qurumlarından bu məsələ ilə dərhal məşğul olmağı tələb edib və Hidayətqızını üzr istəməyə çağırıb.

Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.

Teqlər: