Xoş zəng gəldi, İrəvana gedəcəm – Taxt-Rəvançi

Xoş zəng gəldi, İrəvana gedəcəm – Taxt-Rəvançi

İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana gələcək.

AzerTimes xəbər verir ki, bu barədə Taxt-Rəvançi X sosial şəbəkəsində erməni həmkarı Vaan Kostanyanla söhbətindən sonra məlumat yayıb.

“Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan mənə indicə xoş zəng etdi. Mən bütün qonşularımızla münasibətləri möhkəmləndirmək istəyimizi bir daha təsdiqlədim. Beynəlxalq sərhədlərin toxunulmazlığı ilə bağlı prinsipial mövqeyimizi bildirdim. Onun İrəvana səfər dəvətini məmnuniyyətlə qəbul etdim”, – deyə Taxt-Rəvançi yazıb.

Qeyd edək ki, Kostanyan iranlı həmkarına ötən gün zəng etmişdi.

Teqlər: