Hazırda Xorvatiyada 500 mindən çox turist istirahət edir, bu da on gün əvvəl qeydə alınandan 40 faiz çoxdur.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu respublikanın turizm və idman naziri Nikolina Brnyats “Twitter” hesabında yazıb.
Bildirilir ki, Xorvatiyada istirahət edən 523 min turistdən 453 mini xarici qonaq, 70 mini isə yerli sakinlərdir. Ölkəyə ən çox müsafir Avstriya, Almaniya, Polşa, Sloveniya və Çex Respublikasından gəlir.