Xəbər - Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev – Trend:
Yeni texnologiyalar və yaşıl enerji sahəsində fəaliyyət göstərən Xorvatiya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin inkişafına öz töhfəsini verə bilər.
Bunu AzerTimes-a Xorvatiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Qeyd olunub ki, hazırda Xorvatiyanın minalardan təmizləmə fəaliyyəti ilə məşğul iki şirkətin əməkdaşlıq təklifləri Azərbaycanın müvafiq strukturları tərəfindən nəzərdən keçirilir.
Səfirlikdən onu da bildiriblər ki, Azərbaycanın azad edilmiş ərazilərində ekoloji təmiz zona və şəhərlərin yaradılması prosesində Xorvatiyanın yeni texnologiyalar və yaşıl enerji sahəsində fəaliyyət göstərən şirkətləri həmin layihələrin inkişafına öz töhfəsini verə bilər.