Xorvatiyanın müdafiə naziri Mario Banojiç ölkənin şərqində yol qəzasına düşüb.
AzerTimes xəbər verir ki, bu barədə Xorvatiyanın “Dnevnik” nəşri məlumat yayıb.
Qəza Vinkovtsi şəhəri yaxınlığındakı yollardan birində nazir ova gedən zaman baş verib. Banojiçin olduğu cip qarşıdan gələn mikroavtobusla toqquşub.
Qəza nəticəsində Banojiç ağır yaralanıb, mikroavtobusun sürücüsü isə yerindəcə ölüb.
Xorvatiya hökumətinin sözçüsü Marko Miliç bildirib ki, Banojiç ağır yaralanıb, lakin onun həyatı üçün təhlükə yoxdur.