Xorvatiyada 4 oktyabrdan etibarən sosial sahədə peyvənd sertifikatları məcburi olacaq

Xorvatiya hakimiyyəti koronavirus pandemiyası ilə əlaqədar olaraq oktyabrın 4-dən etibarən sosial sahə və səhiyyə işçilərindən müvafiq peyvənd sertifikatlarını tələb edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Milli Mülki Müdafiə Qərargahının qərarında bildirilib.

Peyvənd sertifikatı təqdim edə bilməyən bütün işçilər həftədə iki dəfə koronavirus üçün PCR testindən keçməli və ya müddəti altı aydan çox olmayan anticismlərin olduğunu təsdiq etməlidirlər. Əks təqdirdə, iş yerlərinə daxil ola bilməyəcəklər.

Oxşar tələblər təcili tibbi yardım tələb etməyən xəstəxana xəstələrinə şamil ediləcək.