Xorvatiya Vuçiçə ölüm düşərgəsinə getməyi qadağan etdi

Xorvatiya Vuçiçə ölüm düşərgəsinə getməyi qadağan etdi

Xorvatiya hakimiyyəti Serbiya Prezidenti Aleksandr Vuçiçə Yasenovats ölüm düşərgəsinin yerindəki xatirə kompleksini ziyarət etməyi qadağan edib.

AzerTimes xəbər verir ki, bunu Serbiyanın Baş naziri Ana Brnabiç deyib.

“Bu, İsrail prezidentinə Osvensimə getməyi qadağan etməklə eynidir. Bu, anti-Avropa və sivilizasiyaya qarşı bir qərardır, hərəkət azadlığının kobud şəkildə pozulmasıdır. Bu, Serbiya və Xorvatiya arasında yaxın tarixdə baş verən ən böyük qalmaqaldır”, – baş nazir bildirib.

Teqlər: