Xorvatiya Türkiyədən “Bayraqdar TB2” pilotsuz təyyarələrinin partiyasını almağa hazırlaşır.
AzerTimes xəbər verir ki, məlumatı “Breaking Defence” yayıb.
Xorvatiyanın müdafiə nazirinin sözlərinə görə, ölkə tam paket üçün 95 milyon dollar ödəyəcək.
Kəşfiyyat üçün kameraları olan altı pilotsuz təyyarə və əsas silah dəsti ilə yanaşı, paketə idarəetmə mərkəzi, iki komanda və idarəetmə məntəqəsi, simulyator və ehtiyat hissələri də daxildir.
Beləliklə, bütün lazımi köməkçi sistemlərə malik bir “Bayraqdar” Xorvatiyaya təxminən 15,8 milyon dollara başa gələcək.
Ekspertlərin fikrincə, Xorvatiya dronlardan əsasən kəşfiyyat məqsədilə istifadə edəcək.