Xorvatiya Baş naziri Andrey Plenkoviç, Saborun (ölkənin bir palatalı parlamenti) sədri Qordan Yandrokoviç və səhiyyə naziri Vili Beroş, Böyük Britaniya-İsveç şirkəti “AstraZeneca” tərəfindən buraxılan dərmanla koronavirusa qarşı peyv\nd olunmağa hazır olduqlarını ifadə ediblər.
AzerTimes-ın məlumatına görə, bu barədə HINA dövlət informasiya agentliyi xəbər verib.
Məlumatda deyilir: “Xorvatiya Saborunun sədri də Baş nazir Andrey Plenkoviç və səhiyyə naziri Villi Beroşla birlikdə “AstraZeneca”nın COVID-19-a qarşı dərmanla peyvənd olunmağa hazırdır, çünki koronavirus virusuna yoluxmasından bəri altı ay keçib”.