Xorvatiya parlamenti rəsmi məzənnə kimi avroya keçid haqqında qanunu təsdiqləyib

Xorvatiya parlamenti avronun respublikada rəsmi məzənnə kimi
dövriyyəyə buraxılması haqqında qanunu səs çoxluğu ilə
təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat
xidmətindən bildiriblər.

Məlumata əsasən, sözügedən qanunun lehinə 117 deputat, əleyhinə
isə 13 deputat səs verib.

Qeyd edilir ki, avroya rəsmi keçid 2023-cü il yanvarın 1-nə
planlaşdırılıb.