Xorvatiya ilə Bosniya və Herseqovina Azərbaycan qazının idxalı üçün interkonnektor inşa edir

Xəbər - Ləman Zeynalova, Orxan Nəbiyev – Trend:

Xorvatiya və Bosniya və Herseqovina Azərbaycan qazının idxal olunması üçün interkonnektor inşa edir.

Trend bu barədə Xorvatiyanın “Plinacro” şirkətinə istinadən məlumat verir.

Cənubi İnterkonnektor adı verilən layihə Duqopolye-Zaqvozd-İmotski-Posuşye-Tomislavqrad-Novi-Travnik şəhərləri arasında qaz kəmərinin tikintisini və Mostar şəhərinə şaxələndirilməsini nəzərdə tutur.

Qeyd olunur ki, Cənubi İnterkonnektor qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin etdiyinə görə Bosniya və Herseqovinanın təbii qazla təmin olunmasının təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.

Bu günədək “Plinacro” və Bosniyanın “BH-Gas” şirkətləri layihə üzrə əməkdaşlıq barədə bir neçə niyyət məktubu və anlaşma memorandumu imzalayıb.

Teqlər: