Xorvatiya iki ildə Ukraynaya 300 milyon avro yardım göstərib

Xorvatiya iki ildə Ukraynaya 300 milyon avro yardım göstərib

Xorvatiya 2022-ci ilin fevral ayından Ukraynaya 300 milyon avro yardım edib və Zaqreb Kiyevlə birgə müdafiə məhsulları istehsalına və kəşfiyyat məlumatlarının mübadiləsinə ümid edir.

AzerTimes xəbər verir ki, bu barədə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç və Ukrayna Prezidenti Vladimir Zelenski arasında uzunmüddətli əməkdaşlıq və dəstək haqqında imzalanan sazişdə deyilir.

“2022-ci ilin fevral ayından Xorvatiya Ukraynaya ümumilikdə təxminən 300 milyon avroluq iqtisadi, maliyyə, humanitar və digər yardımlar göstərib. Buraya 11 hərbi yardım paketi daxildir”, – deyə Plenkoviç bildirib.

Teqlər: