Xorvatiyanın baş naziri Andrey Plenkoviç respublikanın 2022-ci il ərzində Şengen zonasına qoşulmasını gözləyir.
Trend TASS-a istinadən xəbər verir ki, A.Plenkoviç bu barədə ölkə parlamentində çıxış edərkən bildirib.
“Bir neçə dəfə açıq şəkildə bildirmişəm ki, bunun [Şengen zonasına girişin] 2022-ci il ərzində reallaşacağını gözləyirik”, – baş nazir deyib.
Şengen zonasına vahid sərhəd nəzarət sisteminə sahib olan 26 Aİ dövləti daxildir. Bolqarıstan, Kipr, Rumıniya və Xorvatiya bu qrupa qoşulmayıb, lakin bunu etmək niyyətindədirlər. Bunun həyata keçirilməsi üçün qərarın bütün mövcud Şengen üzvləri tərəfindən təsdiqi gərəkir.