Xəbər - Ləman Zeyanlova – Trend:
Xorvatiya “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasında iştirak etmək üçün Azərbaycana üç nümayəndə heyəti göndərəcək.
Bu barədə Trend-ə Xorvatiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
“Xorvatiya İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən üç nümayəndə olacaq: dövlət katibi İvo Milatiç, direktor Kristina Çeliç və “Plinacro Ltd”nin biznes bölməsinin rəhbəri Floriana Cedoviç”, – deyə səfirlikdən bildiriblər.
Xorvatiya nümayəndə heyəti, həmçinin Cənub-Şərqi Avropanın digər ölkələrin qaz nəqli üçün Trans-Adriatik boru kəməri (TAP) ilə birləşməni nəzərdə tutan İon-Adriatik boru kəmərinə (IAP) həsr olunmuş görüşdə iştirak edəcəklər.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.
2015-ci ildən etibarən hər il fevral ayında “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının birinci keçirilib.
(Tərcümə: Orxan Nəbiyev)