Xomeyninin evini yandırmaq sıradan hadisə deyil

Xomeyninin evini yandırmaq sıradan hadisə deyil

İranda etirazlar və küçə yürüşləri səngimir. Əgər etirazların ilk günlərində bu dinc etirazlar idisə, sonrakı günlərdə yanğınların və silahlı toqquşmaların sayı çoxalıb.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Polis etirazçıları öldürdükcə, polis və SEPAH zabitlərinin öldürülməsi halları da artır. Demək, bir qrup etirazçı da silahlanıb. İslam inqilabının mənəvi atası Xomeyninin evini yandırmaq sıradan hadisə deyil. Tehran rejimi üçün Məhsa Əmininin ölümündən əvvələ qayıtmaq çətin olacaq, hakimiyyət islahatlara da getməyəcək, çünki bu, sonun başlanğıcı olacaq. Ancaq mülki insanları, qadın və uşaqları öldürmək həmin sonu daha tez yaxınlaşdıra bilər”, – politoloq bildirib.

Qeyd edək ki, ən son məlumata görə, sentyabr ayından indiyədək etirazlarda 400-dən çox aksiyaçı öldürülüb. Öldürülənlər içərisində ən azı 58 nəfərin yeniyetmə və uşaq olduğu bildirilir.

Teqlər: