“Xocəsən” metro stansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib.
Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Yeni müntəzəm marşrut xətti üzrə avtobuslar fevralın 13-dən tarixindən fəaliyyət göstərəcək.
Beləliklə, Binəqədi rayonu Xocəsən qəsəbəsində Şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin metro stansiyası istiqamətində hərəkəti asanlaşacaq.