Xocavənddə separatçı erməni dəstənin üzvü özünü asdı

Xocavənddə separatçı erməni dəstənin üzvü özünü asdı

Xocəvənd rayonunun Çartar yaşayış məntəqəsində ağacdan asılı vəziyyətdə meyit tapılıb.

AzerTimes xəbər verir ki, araşdırma nəticəsində meyiti tapılan şəxsin 2004-cü il təvəllüdlü, Yemişcan yaşayış məntəqəsində yerləşən qanunsuz erməni silahlı dəstəsinin üzvünə aid olduğu məlum olub.

İntihar edən qanunsuz dəstə üzvünün əyyaşlığa və qumara meyilli olduğu da bildirilir.

Məlumata görə, intihar edən şəxs müqavilə əsasında qeyri-qanuni erməni silahlı dəstəsində “xidmət” edirmiş. Onun borc sahiblərinin tələblərindən təngə gələrək özünü asdı deyilir.

Teqlər: