Xocavənddə erməni təxribatının qarşısı alındı

Xocavənddə erməni təxribatının qarşısı alındı

Avqustun 17-si saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub”, – məlumatda qeyd olunub.

Teqlər: