Xocavənd sakinindən narkotik götürülüb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan rayonu ərazisində yerləşən Xocavənd şəhərciyində RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Axullu kənd sakini Əli Nəzərov saxlanılıb. Onun evinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.


Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar davam etdirlir.

Teqlər: