Xocavənd istiqamətində mövqələrimiz atəşə tutulub

Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi
istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan
etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan
ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən
heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə
tutulub.

Bu barədə AzerTimes-a
Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab
tədbirləri ilə qarşı tərəf susdurulub.

Teqlər: