Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq.
AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
O bildirib ki, hazırda Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir:
“Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.