
Xocalı rayonunun Xanyurdu və Şuşakənd kəndlərinə yola salınan növbəti köç karvanı çatıb.
AzerTimes xəbər verir ki, bu mərhələdə Xanyurdu kəndinə 12 ailə (34 nəfər), Şuşakənd kəndinə isə 19 ailə (55 nəfər) köçürülüb.
Hər iki kəndə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

