Xocalı rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Çanaqçı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, RPŞ və Dövlət Təhlükəsizlik Xidmətnin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 1690 kiloqramdan artıq olan, 2800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.