Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı tikililərin aşkar olunması üzrə tədbirlər davam edir.
Bu barədə AzerTimes-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xocalı rayonu ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib.
Anbardan aşkar edilmiş külli miqdarda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, həmçinin tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları müsadirə edilib.
Ərazidə, həmçinin qoşqulara yüklənmiş halda xeyli sayda sursatla dolu yeşiklər də aşkar edilərək götürülüb.