Xocalıda maşın su arxına aşdı: ölən var

Xocalıda maşın su arxına aşdı: ölən var

Xocalı rayonunda avtomobil su arxına aşıb, ölən var.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 18-də saat 22 radələrində rayonun Baharlı kəndi ərazisində Füzuli rayon sakini S.Dərgahov idarə etdiyi “Şaqman” markalı avtomobili su arxına aşırıb. Nəticədə avtomobildəki sərnişin S.Ağayev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Teqlər: