Xəbər - Humay Ağacanova – Trend:
ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 30-cu
ildönümü ilə bağlı paylaşım edib.
Trend-in məlumatına görə, səfirliyin “Twitter” hesabında səfir
Örl Litzenbergerin sözləri qeyd olunub.
“Bu gün biz azərbaycan xalqının kədərini paylaşır və 1992-ci
ildə Xocalıda həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik”
– deyə bildirilib.