Xocalıda yabanı halda bitən 1 ton 47 kq çətənə bitkisi məhv edilib.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaşxaş 2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Əsgəran qəsəbəsi ərazisində yabanı halda bitən 1 ton 47 kq 1150 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.