Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər
saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri
ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini
müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə
yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri
görülüb.
Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat
şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Bildiririk ki, Azərbaycan Ordusu heç bir halda mülki
infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı
dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir.