Xocalı soyqırımının 30-cu ildönümündə UNEC tələbələrinin “Vicdanın hökmü” tamaşası nümayiş olunub (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq
Mərkəzi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı
səhnələşdirdiyi “Vicdanın hökmü” tamaşası Teatr Xadimləri
İttifaqının Aktyorlar evində nümayiş olunub.

UNEC-in istedadlı tələbələrinin rol aldığı tamaşada UNEC-in
rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə
heyəti ilə yanaşı, millət vəkilləri Anar Nağıyev, Etibar Əliyev,
Ceyhun Məmmədov, ADPU-nun rektoru Cəfər Cəfərov, AZTU-nun rektoru
Vilayət Vəliyev, ADMİU-nun rektoru Ceyran Mahmudova, BANM-ın
rektoru Elman Qasımov, tanınmış ziyalılar, ictimaiyyət
nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Rejissorları UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman
Telmanoğlu, Vahid Orucoğlu olan “Vicdanın hökmü” tamaşasında
rolları UNEC Tələbə Teatrının üzvləri Nicat Rəhimov (Rəhim), Mehdi
Əhmədov (Fedya), Siyarə İsmiyeva (Güllü), Əlizamin Əhmədov (Aşot)
və digər tələbələr ifa ediblər.


Tamaşada Rusiyaya köçən azərbaycanlı müəllimin Xocalı
faciəsindən sonra Vətənin müdafiəsi üçün Azərbaycana geri
dönməsindən və apardığı qəhrəmanlıq mübarizəsindən bəhs olunub.
Gərgin dram, faciə və mübarizə əzminin yaşandığı tamaşa izləyənlərə
duyğulu anlar yaşadıb.

Teqlər: