Xocalı soyqırımını törədənlərin tutulub cəzalandırılması təmin edilməlidir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Xocalı soyqırımını törədilməsinə görə məsuliyyət daşıyan şəxslər
tutulub Azərbaycana gətirilməsi və ən sərt şəkildə cəzalandırılması
təmin edilməlidir.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial
siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən
iclasında deyib.

M.Quliyev bildirib ki, iyirminci əsrin ən qanlı cinayətlərindən
biri olan Xocalı soyqırımının törədilməsindən 30 il keçir.

“Bu qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə
qarşı cinayət, insanlığa qarşı təhqir, vəhşi vandalizm, kütləvi
qırğın aktıdır. Xocalı soyqırımı həm də, erməni daşnak faşizminin
mahiyyətidir, sübutudur”, – deyə M.Quliyev bildirib.

O qeyd edib ki, Ermənistan hökuməti tərəfindən Xocalı
soyqırımına görə soyqırımı qurbanlarının ailə üzvlərindən və
Azərbaycan dövlətindən rəsmi üzr istənilməli, belə cinayətlərin bir
daha törədilməyəcəyinə təminat verilməli və vurulmuş ziyana (maddi
və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi tələb
olunmalı və sülh müqaviləsinin şərtlərindən biri kimi nəzərdə
tutulmalıdır.

Teqlər: