Xəbər - Elçin Mehdiyev – Trend:
Xocalı soyqırımına hüquqi qiymət verilməlidir və bu qiymət
ədalətli olmalıdır.
AzerTimes-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədr müavini Gündüz İmayılov Qafqaz Müsəlmanları
İdarəsində Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən
tədbirdə deyib.
G.İsmayılov bildirib ki, Xocalı soyqırım kimi tanınmalıdır.
“Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbəliyi ilə illərdir
ki, Xocalı soyqırımına ədalətli hüquqi qiymət verilməsi üçün işlər
görür.
Bəzi dairələr bu məsələyə ikili standartlar ilə yanaşırlar.
Ancaq bu məsələ insani məsələdir.
Xocalı soyqırımı Azərbaycanlılara qarşı yönəlsə də bütün
bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir”, – deyə G.İsmayılov
bildirib.