Xocalı soyqırımı heç zamanı unudulmayacaq bir faciədir – Ombudsman

Xəbər - Elçin Mehdiyev – Trend:

Xocalı soyqırımı heç zamanı unudulmayacaq bir faciədir. AzerTimes-ın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

S.Əliyeva bildirib ki, bu soyqırım zamanı 25 uşaq hər iki valideynini itirib, 613 nəfər həlak olub, 8 ailə tamamilə məhv edilib: “Bu heç zaman unudulmayan bir tarixdir, amma şükürlər olsun ki, başda Ali Baş Komandan olmaqla müzəffər ordumuz tərəfindən ədalət bərpa olunub və Xocalının qisası alınıb. Ancaq biz daim Xocalı soyqırımını dünyaya tanıtmalıyıq”.


Teqlər: