ADRA üzrə YAP-ın aidiyyatı ərazi partiya təşkilatının iclası
keçirilib. Xocalı soyqırımının 30-cu ildömü ərəfəsində baş tutan
iclasda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
edilib. Agentliyin Aparatının rəhbəri Aydın Bəşirov bildirib ki, 44
günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə misilsiz igidlik nümunəsi göstərən qəhrəman Ordumuz
şəhidlərimizin qanını yerdə qoymayıb. Agentlik kollektivinin də
işgüzar, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq əməkdaşlardan
ibarət olduğunu qeyd edən Aparatın rəhbəri əldə olunan uğurlarda
Yeni Azərbaycan Partiyasının rolunundan da danışıb.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar
Nağıyev bildirib ki, böyük ənənələrə sahib YAP ölkəmizin aparıcı
siyasi qüvvəsi olaraq qalır. Ulu öndər Heydər Əliyev zəngin
dövlətçilik ideologiyası əsasında formalaşan Yeni Azərbaycan
Partiyası fəaliyyəti ilə ölkəmizin, siyasi, iqtisadi, ictimai və
demokratik inkişafı ilə yanaşı, dövlətçilik tariximizdə yeni
mərhələnin əsasını qoyub, habelə qısa zaman kəsiyində öz siyasi
xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin
bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da
möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib. Azərbaycan
Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni
Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və
daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı
günü-gündən artmaqdadır.
Toplantıda Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
əməkdaşlarının əksəriyyətinin Yeni Azərbaycan Partiyasına üzv olmaq
arzusu ifadə edilib. Sonda Agentlik üzrə Yeni Azərbaycan
Partiyasının aidiyyəti ərazi partiya təşkilatının sədri vəzifəsinə
qurumun Strateji inkişaf və kommunikasiya şöbəsinin aparıcı
mütəxəssisi İmmiyə Zamanova seçilib.