Xocalı qətliamının təşkilatçısı olan Ohanyan ağır yaralanıb

Xocalı qətliamının təşkilatçısı olan Ohanyan ağır yaralanıb

Şuşa ətrafında gedən döyüşlərdə Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan ağır yaralanıb.

Daha əvvəl onun Şuşanın hərbi komendantı təyin olunması barədə məlumat yayılıb.

Azərbaycanın rəsmi mənbələri Seyran Ohanyanın yaralanması barədə məlumatı təsdiqləyiblər.

Xatırladaq ki, Ohanyan Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir.