Xocalı qətliamına qarşı beynəlxalq hüquq heç bir iş görməyib – Cahit Bağcı

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Xocalı qətliamına qarşı beynəlxalq hüquq heç bir iş
görməyib.


Trend
-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri
Cahit Bağcı “Ana harayı” abidəsini ziyarət edərkən deyib.

C.Bağcı qeyd edib ki, 1992-ci ildə Xocalıda törədilən qətliam
bütün Qarabağa yayıldı və nəticədə 1 milyona yaxın azərbaycanlı
yurdlarını tərk etməli oldu.

“Dünyanın lal və kor olduğu bu qətliamlara qarşı beynəlxalq
hüquq heç bir iş görməyib. BMT-nin qəbul etdiyi 4 qətnamə də həyata
keçirilmədi. Lakin 30 ilin ağrı-acısı, yurd həsrəti 44 günlük Vətən
Müharibəsi ilə zəfərə çevrildi. Türkiyə Azərbaycanın haqlı
müabrizəsində hər zaman olduğu kimi indi də yanındadır. Bu gün
qardaşlarımızın kədərini paylaşmaq üçün “Ana harayı” abidəsini
qarşısındayıq . Xocalını yad etməklə yanaşı, bu cinayət haqqında
danışmalı, unutdurmamalıyıq. Xocalıda həyatını itirənlərə, Birinci
və İkinci Qarabağ müharibəsində şəhid olanlara Allahdan rəhmət
diləyirik”, – deyə səfir bildirib.

Teqlər: