Xocalı qatili və keçmiş “müdafiə naziri” saxlanıldı

Xocalı qatili və keçmiş “müdafiə naziri” saxlanıldı

14:22

Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, “general-leytenant” Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Mnatsakanyanla birlikdə qondarma rejimin “milli qəhrəmanı”, “general-leytenant” Arşavir Qaramyan da saxlanılıb.

Qeyd edək ki, Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçılarından biridir.

Teqlər: