Xəbər - Humay Ağacanova – Trend:
Xocalı kimi faciələrin baş verməməsi üçün sülh və əmin-amanlıq
uğrunda hamı çalışmalıdır.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın
Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter”də bildirib.
“Azərbaycan Xarici İşlər Nazirliyinin təşkil etdiyi konfrans və
sərgidə iştirak etdim. Faciənin günahsız qurbanlarını dərin hüznlə
anırıq. Belə faciələrin baş verməməsi üçün sülh və əmin-amanlıq
uğrunda hamımız çalışmalıyıq”, – deyə səfir qeyd edib.