Xocalı görüşünün ən böyük sirri: Soldakı erməni görün kim imiş

Xocalı görüşünün ən böyük sirri: Soldakı erməni görün kim imiş

Dünən Xocalıda Bakı ilə Qarabağdakı erməni əhalinin nümayəndələri arasında keçirilən görüşün yeni detalları ortaya çıxıb.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, görüşdə separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyanla yanaşı Sergey Martirosyanın da yer aldığı bəlli olub. Martirosyan “qondarma rejimdə” “rusiya sülhməramlıları ilə əməkdaşlığın təmin edilməsi mərkəzi”nin “rəhbər”idir.

“Hraparak” qəzeti Martirosyanın danışıqlar prosesinə Rusiya sülhməramlılarının ilk komandanı general Muradovun xahişi əsasında daxil edildiyini deyib. Belə ki, Martirosyan Muradovun Rusiya ordusunda əsgər yoldaşı olub, ikincinin Xankəndiyə gəlişindən sonra onlar arasında münasibətlər daha da sıxlaşıb.

Maraqlı məqam isə Martirosyanın Bakı ilə danışıqlar təcrübəsinin artıq mövcud olmasıdır. Şahramanyana qədər Martirosyan “qondarma rejimin təhlükəsizlik şurasının keçmiş rəhbəri” Vitali Balasanyanla yaxın olub. Bu yaxınlıq sayəsində Martirosyan Balasanyanla birgə Bakı ilə aparılan bütün müzakirələrdə iştirak edib.

Bununla belə, dünən yayılan fotoda separatçıların nümayəndələri arasında üçüncü şəxsin olduğu da öz əksini tapıb. Onun yalnız əlinin fotoya düşməsi bu şəxslə bağlı müəmmanı artırıb. Erməni mətbuatı fotoda yer almayan simanın Azərbaycanın monitorinq aparmaq istədiyi Kaşen yatağının “sahibi” olduğunu iddia edib.

Teqlər: