Xocalı faciəsinin tanınması ilə bağlı Beynəlxalq Roma Koalisiyası yaradıldı

Xəbər verildiyi kimi, dünən Roma şəhərində, İtaliya Senatının
binasında İtaliya millət vəkilləri, beynəlxalq hüquq müdafiə
təşkilatları, Avropada irqçilik və soyqırımalara qarşı mübarizə
ictimai birlikləri və vətəndaş cəmiyyətinin digər nümayəndələrinin
iştirakı ilə Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş
“Etiraf etməklə barışıq” mövzusunda beynəlxalq
konfrans keçirilib.

İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzindən AzerTimes-a
bildirilib ki, konfransda iştirak edən natiqlər Xocalı soyqırımına
beynəlxalq hüquqi qiymətin verilməsini müzakirə edib, Ermənistan
hökumətini bu soyqırımı etiraf etmək və üzr istəməyə dəvət edən “Barışıq üçün etiraf et” təşəbbüsünü dəstəkləyiblər. Müzakirələrin
yekunu olaraq Soyqırım və Kütləvi Qırğınların Qarşısının Alınması
üzrə Budapeşt Beynəlxalq Mərkəzinin “Xocalı: Barışıq üçün etiraf
et” təşəbbüsünə daha çox beynəlxalq dəstək verilməsi məqsədi ilə
Avropanın EMİSCO təşkilatı, İnsan Haqları üzrə İtaliya
Federasiyası, Vicdan azadlığı Uğrunda Dərnəklərin və Fərdlərin
Koordinasiyası (Belçika), Srebrenitsa Anım Mərkəzi Muzeyinin”
direktor müavini, ATƏT-in din və geosiyasət üzrə keçmiş şəxsi
nümayəndəsi Avropa təşkilatlarının Koalisiyasının təsis olunduğu
elan ediblər. Habelə rəmzi olaraq Roma Koalisiyası adlanan
koalisiyanın daha çox insan haqları təşkilatlarının və tanınmış
ictimai-siyasi xadimlərin üzvlüyünə açıq olacağı ifadə olunub.

İmzalan sənəddə Xocalı soyqırımının Ermənistan tərəfindən
tanınacağı təqdirdə, regionda sülhün bərqərar olunacağı
vurğulanır.

Teqlər: