Xocalı faciəsinin səbəblərini və günahkarlarını araşdırmaq lazımdır – Rusiyalı politoloq

Xəbər - Cani Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:

Xocalı faciəsi aşkar soyqırımdır və beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti səviyyəsində tanınmalıdır.

Bunu AzerTimes-a rusiyalı politoloq Tatyana Poloskova deyib.

O vurğulayıb ki, dünya ictimaiyyətinin Xocalı faciəsi barədə dəqiq, obyektiv məlumat ala bilməsi üçün güclü informasiya kampaniyası aparılmalıdır:

“Bu, ona görə lazımdır ki, obyektiv araşdırma üçün tədbirlər görülsün və dəqiq hüquqi qiymət verilsin. Bu, aşkar soyqırımdır və beynəlxalq təşkilatlar səviyyəsində tanınmalıdır”.

Politoloq əlavə edib ki, baş verənlərin real səbəblərini də araşdırmaq lazımdır:

“Hərbçilərə əmrləri kim verib, erməni silahlılarını və mülki şəxsləri bu hadisələrdə iştirak etməyə kim səsləyib. Bu hadisəni dəqiq başa düşmək lazımdır, yalnız o zaman günahkarları cəzalandırmaq və gələcəkdə bu cür hadisələrin qarşısını almaq mümkün olacaq”.

Teqlər: