Xocahəsəndəki yerüstü metro stansiyası üzərində çətirlərin quraşdırılmasına başlandı

Bakı Metropoliteninin Bənövşəyi xətt üzərində inşa edilən “Xocahəsən” deposunun sərnişin stansiyası üzərində çətirin
qurulmasına başlanıb.

Bunu AzerTimes-ın sorğusuna cavab olaraq Bakı metropoliteninin
Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda depoda kompleks tikinti-quraşdırma işləri
davam etdirilir.

“Stansiya çətiri quraşdırılandan sonra platformada dəmir yolu
infrastrukturu başlanacaq. Stansiyada hazırda yardımçı və texniki
otaqlarda infrastruktur işləri davam etdirilir.

Bununla yanaşı, depo ərazisində də quraşdırma işləri
aparılır”,-B. Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, tikinti quraşdırma işləri hazırki
səviyyədə davam edərsə, Xocahəsən deposu və yerüstü metro
stansiyası bu ilin axırına istifadəyə verilə bilər.

Teqlər: