Martın 23-də Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan 58 yaşlı Hacımirzə Aftilov oğlu Sənan Aftilov tərəfindən qətlə yetirilib. İlkin araşdırma zamanı Sənanın atasını taxta ilə döyüb öldürüməsi müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
AzerTimes Modern.az-a istinadən xəbər verir ki, qətl hadisəsi söyüş üstündə baş verib.
H.Aftilovun qohumlarının sözlərinə görə, mərhum uzun illər spirtli içki qəbul edirmiş. Bu səbəbdən onların ailəsində tez-tez mübahisələr yaşanıb. Hadisə baş verən gün H.Aftilov sərxoş vəziyyətdə evə gələrək, ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. Sənan buna etiraz edəndə atası əlindəki taxta parçası ilə onu vurmağa başlayıb.
Taxtanı atasının əlindən alan S.Aftilov ona zərbələr endirib. Atasının yerə yıxıldığını görən Sənan hadisə yerindən uzaqlaşaraq əmisigilə gedib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.