Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 7 ədəd 100mm-lik tank mərmisi, 3 ədəd 120mm-lik top mərmisi, 2 ədəd TAB-50 aviabomba, 1 ədəd TAB-7 aviabomba, 21 ədəd 82 mm-lik tank mərmisi, 5 ədəd 76mm-lik top mərmisi, 10 ədəd 100mm-lik top mərmisi, 3 ədəd 85mm-lik top mərmisi, 1 ədəd 120mm-lik qumbaraatan mərmisi, 1 ədəd Qrad mərmisi (2 motorlu), 3 ədəd F-1 əl qumbarası, 2 ədəd POMZ-2 piyada əleyhinə mina və 1 ədəd əleyhiqaz kömürü olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.