Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan verilən məlumata əsasən, sentyabrın 9-da yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Sitalçay, Giləzi qəsəbəsi su arxının kənarına və həyətyanı sahəsi, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 24 ədəd partlamamış hərbi sursat (PHS), 41 ədəd partlamış-yanmış mərmi qalıqları və 6 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 3 249 382 kv.m (324.94 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 14 gün ərzində 12 ev, 43 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 18 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dunkerlərinə baxış keçirilib, 4 005 ədəd partlamamış hərbi sursat (PHS), 2 798 ədəd partlamış-yanmış sursat qalıqları və 2 377 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 26 567 966 kv.m (2 656.80 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.