Xızı rayonunda ikimərtəbəli 11 otaqlı ev yanıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xızı rayonunun Yarımca kəndində ümumi sahəsi 216 m² olan ikimərtəbəli 11 otaqlı evin yanar konstruksiyaları, birinci və ikinci mərtəbələrdə otaqlara yığılan 6 ton ot bağlamasının 5,5 tonu və kisələrə yığılan 1 ton arpa yanıb.
Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.