Xiyavda kəndlər su altında qaldı: ölən var

Xiyavda kəndlər su altında qaldı: ölən var

Oktyabrın 4-ü axşam saatlarında Güney Azərbaycanın Xiyav (Meşkinşəhər) bölgəsinə yağan güclü yağışlar daşqınlar yaradıb.

AzerTimes xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Qəvidel bildirib.

O, 5 kəndin sel suları altında qaldığını, 45 yaşlı bir qadının həyatını itirdiyini deyib.

Sel Biləsuvar mahalının 37 kəndinə də ziyan vurub, yollar, körpülər dağılıb, yüzlərlə mal-qara tələf olub.

Teqlər: