Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.