Xırdalanda qanunsuz heyvan kəsimi və ət satışı məntəqəsi aşkarlanıb (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Xırdalanda qanunsuz heyvan kəsimi və ət satışı məntəqəsi aşkarlanıb.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseyinzadə küç., ev 1, döngə 5 ünvanında fəaliyyət göstərən, Məmmədov Aydın Ərşad oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqəsinə baxış keçirilib.

Baxış zamanı məntəqədə antisanitar şəraitdə qanunsuz heyvan kəsimi və baytarlıq ekspertizası aparılmadan ət satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Teqlər: